Azərbaycan dünyada demokratiyanı, söz azadlığını, siyasi plüralizmi dəstəkləyən bir ölkədir. Elə bunun nəticəsidir ki, ölkədə 52 siyasi partiya formalaşmış və iqtidarın demokratiyanı dəstəklədiyi bir şəraitdə fəaliyyətlərini davam etdirirlər. Hansı siyasi partiyanın üzvü olmağından asılı olmayaraq Azərbaycan Respublikası Konstitusiyasının təsbit etdiyi kimi “ Vətənin müdafiəsi hər bir vətəndaşın müqəddəs borcudur.” Hər bir partiyanın nizamnaməsində və məramnaməsində vətən naminə, azərbaycan vətəndaşlarının mənafeyi, şərəfi, namusunu qorumaq naminə bütün fikir ayrılığı kənara qoyulmalıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xalqı birləşməyə dəvət etməsi çağırışından sonra 52 siyasi partiyadan 50-si bütün siyasi ambisiyaları bir kənara qoymuşdur. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Qarabağın işğaldan azad edilməsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşmək haqqında birgə bəyanat verdilər. Bəs özünü azərbaycanlı adlandırıb, Azərbaycan haqqında düşünməyi bacarmayan bu iki siyasi partiya hansıdır? Əlbəttə AXCP və Müsavat cütlüyü. O cütlük ki, 90-cı illərdə özlərinin siyasi savadsızlığı, satqınlığı nəticəsində Azərbaycan istər siyasi-iqtisadi, istərsə də hərbi cəhətdən ağır məhrumiyyətlərə məruz qaldı. Həmin partiyaların dırnaqarası fəaliyyəti onu sübut edir ki, onun liderləri siyasi meydanda özlərinin partiya üzvləri ilə deyil, tək qalacaqlar. Vətənə, millətə, dövlətçiliyə xidmət etməyən partiya heç kimə lazım deyil. Şübhəsiz ki, bu partiyalara üzv olmağı düşünən Azərbaycan vətəndaşı çətin tapıla. İsmayıl İsmayılov,Xocalı rayonundan şəhid ailəsi